Astarada qanunsuz ov edənlər aşkarlanıb

Astarada qanunsuz ov edənlər aşkarlanıb
  22 Noyabr 2021    Oxunub :210
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Astara sakinləri A.Eyvazov, B.Baxşıyev və Z.Qəhrəmanov saxlanılıblar.
Daxili İşlər Nazirlinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AzVision.az -a verilən məlumata görə, onlardan qanunsuz olaraq ovladığı 6 ədəd çöl quşu, 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və digər ov alətləri aşkarlanıb.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib.

AzVision.az

Teqlər: DİN  







Xəbər lenti