Ankara Afinanı səmimi olmağa dəvət edib

   Ankara Afinanı səmimi olmağa dəvət edib
  22 Noyabr 2021    Oxunub:502
"Bir tərəfdən dialoqdan danışan rəsmi Afina, digər tərəfdən də hər gün Türkiyəyə münasibətdə düşmənçilik, təxribat xarakterli açıqlamalar verir". “Trend” agentliyinin məlumatına görə, Türkiyə XİN-nin sözçüsü Tanju Bilgiç Yunanıstanın Xarici İşlər naziri Nikos Dendiasın noyabrın 19-da səsləndirdiyi bəyanatı şərh edərkən belə deyib.
AzVision.az xəbər verir ki, Türkiyə XİN sözçüsü rəsmi Afinanı sağlam düşüncəli, dürüst və səmimi olmağa çağırıb.
“Öz bölgəsində və yaxın ətrafında sülh və sabitliyin təminatında Türkiyənin oynadığı əsas rolu həzm edə bilməyən Yunanıstanın hər mövzuda Türkiyə ilə rəqabət aparmaq, əməkdaşlıq əvəzinə gərginliyə üstünlük vermək, Türkiyəyə qarşı süni ittifaqlar yaratmaq cəhdləri əbəsdir”, - Tanju Bilgiç vurğulayb.

AzVision.az


Teqlər: Türkiyə   Yunanıstan  





Xəbər lenti