"Zəfər amnistiyası indiyədək 1300-dək şəxsə şamil olunub" - Nazir

 "Zəfər amnistiyası indiyədək 1300-dək şəxsə şamil olunub" -    Nazir
  22 Noyabr 2021    Oxunub:641
8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktının ədliyyə orqanları, o cümlədən penitensiar və probasiya xidmətləri tərəfindən 15 minə qədər şəxsə tətbiq olunması gözlənilir. Ədliyyə Nazirliyi üzrə amnistiya aktının mütəşəkkil və dürüst icrasının təmini məqsədilə dərhal müvafiq əmr imzalanıb, onun icrasına gündəlik nəzarət təşkil olunub, bu barədə müraciətlərin çevik araşdırılması üçün monitorinq qrupu yaradılıb, digər konkret tədbirlər görülüb.
AzVision.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun məqaləsində qeyd edilib. Nazir bildirib ki, amnistiya indiyədək 1300-dək şəxsə şamil olunub.

“Ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə tədbirlər çərçivəsində dövlət başçısının təşəbbüsü ilə son illər ərzində cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək bir çox əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrum etməyə alternativ cəzalar müəyyən edilib, bəzi cəzalar yüngülləşdirilib, azadlığın məhdudlaşdırılması yeni cəza növü təsbit olunub.

Bu dəyişikliklər nəticəsində 2 200 məhkum cəzadan tamamilə azad edilib, 3 500 məhkumun isə cəza müddəti azaldılıb.

Pandemiya başlanandan dərhal sonra risk qrupuna daxil olan yaşı 65-dən yuxarı məhkumların tam əksəriyyəti ötən il Azərbaycan Prezidenti tərəfindən əfv olunub. Eyni zamanda, 1500 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri dəyişdirilib. Bu il Novruz bayramı ərəfəsində imzalanmış əfv Sərəncamı isə daha genişliyi ilə fərqlənərək 625 nəfərə şamil olunub”.

AzVision.az



Teqlər:





Xəbər lenti