Sarkisyan rüşvətə görə Antikorrupsiya Komitəsində dindiriləcək

   Sarkisyan rüşvətə görə Antikorrupsiya Komitəsində dindiriləcək
  22 Noyabr 2021    Oxunub:1663
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində dindirilmək üçün Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırılıb.

AzVision.az xəbər verir ki, bu barədə Sarkisyanın vəkili Amram Makinyan “Facebook” da məlumat verib.
Söhbət 2018-ci ilin noyabrında müxtəlif vaxtlarda yüksək vəzifəli məmurlara rüşvət verdiyini bildirən biznesmen Silva Ambarsumyanın işindən gedir. Bundan əvvəl o, Sarkisyana rüşvət vermədiyini və onunla tanış olmadığını deyib. Lakin sonra ifadəsini dəyişib. Sahibkar qadın sabiq prezidentə də rüşvət verdiyini bildirib.

Sarkisyanın vəkili isə ittihamı absurd sayır. Onun sözlərinə görə, iş üzrə iki il əvvəl Sarkisyan şahid qismində dindirilib və indiyədək hüquqi aspektdə yeni hallar yaranmayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Ermənistan   Serj-Sarkisyan  





Xəbər lenti