DİN polisin qəza törətməsi ilə bağlı məlumat yaydı

  DİN polisin qəza törətməsi ilə bağlı məlumat yaydı
  22 Noyabr 2021    Oxunub :235
Daxili İşlər Nazirliyi (DİN) Göyçay rayonunda polis əməkdaşının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.
DİN-dən AzVision.az - a daxil olan məlumatda deyilir:

"Noyabrın 20-də saat 22 radələrində Göyçay şəhəri ərazisində Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı, polis serjantı H.Məmmədov xidmət vaxtı idarə etdiyi xidməti “Ford” markalı avtomobillə velosipedlə yolu keçən rayon sakini Fərid Qurbanovu vurub. Nəticədə F.Qurbanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Göyçay RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az

Teqlər: DİN  







Xəbər lenti