X sinfə qəbul noyabrın 30-da yekunlaşacaq

X sinfə qəbul noyabrın 30-da yekunlaşacaq
  22 Noyabr 2021    Oxunub :336
Peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunda iştirak edib, ancaq qəbul oluna bilməyən şagirdlərin X sinfə qəbulu noyabrın 30-u saat 18:00-da yekunlaşacaq.
Təhsil Nazirliyindən AzVision.az -a verilən məlumata görə, qəbul prosesi şagirdlərin elektron yerdəyişməsi portalı (sy.edu.az) üzərindən elektron qaydada aparılır və prosesə 10 noyabr 2021-ci il tarixindən start verilib.

Məsələ ilə bağlı əlavə məlumat almaq və texniki dəstək üçün valideynlər (qanuni nümayəndə) yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

AzVision.az

Teqlər: Şagird  







Xəbər lenti