"Azərbaycana keyfiyyətsiz məhsulların idxalı mümkünsüzdür" - AQTA sədri

   "Azərbaycana keyfiyyətsiz məhsulların idxalı mümkünsüzdür" -    AQTA sədri
  22 Noyabr 2021    Oxunub:968
"Aqrokimyəvi maddələr və pesitisidlərin saxlanıldığı 165 anbarda aparılan yoxlamanın nəticəsində məlum olub ki, onların 127-də uyğunsuzluqlar aşkarlanıb. Anbarlarda aqrokimyəvi preparat və pestisidlərin saxlanılmasına dair tövsiyyələr verilib".
AzVision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bitki sağlamlığı ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. AQTA sədri son günlər mediada kənd təsərrüfatında zərərvericilərin məhv edilməsi üçün istifadə olunan maddələrin təsirsiz olması barədə məlumatlara da aydınlıq gətirib:

“Azərbaycana keyfiyyət və təhlükəsizlik göstəricilərində problem olan məhsulların idxalı mümkünsüzdür. Göstəricilərə cavab verməyən preparatlar ölkəyə idxal olunmur. Monitorinq zamanı anbarlarda məhsulların yanlış saxlanıldığını müəyyən etdik. Nəticədə məhsulun keyfiyyəti aşağı düşür.Təəssüf ki, kimyəvi maddələrin tətbiq edən şəxslərin peşəkarlıq səviyyəsi də çox aşağıdır. Onlar məhsulun hansı nisbətdə tətbiq olunmasını düzgün bilmir. Nəticədə tətbiq olunan maddələr effektiv olmur. Yaxın vaxtlarda bütün bitkiçilik təsərrüfatlarına xüsusi təlimat verəcəyik.Bu maddələrlə işləmək bacarığı olan, şəxslərin bu maddələri istifadə etməsinə icazə veriləcək”.

Q.Təhməzli eyni zamanda bəzi işbazların saxta məhsulları məşhur şirkətlərin adı ilə ölkədə qablaşdırıb satdığını deyib.

“Belə hallarla bağlı bizə məlumatlar daxil olub.Bununla bağlı İqtisadiyyat Nazirliyinə müraciət edilib”.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti