Qoşqar Təhməzli: "İxrac edilən 51 fındıq partiyasında alatoksin aşkarlanıb"

      Qoşqar Təhməzli:    "İxrac edilən 51 fındıq partiyasında alatoksin aşkarlanıb"
  22 Noyabr 2021    Oxunub:844
"Son dövrlər Avropa Birliyinə ixrac olunan fındıq məhsulunda aflatoksin aşkarlanma halları artıb. Belə ki, 2021-ci ilin ötən dövrü ərzində 49 fındıq partiyasında aflatoksin aşkarlanıb, 2 partiyaya isə Avropa Birliyi tərəfindən notifikasiya göndərilib".
AzVision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bitki sağlamlığı ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. Sədr fındıqda aflatoksinin yaranma səbəblərini də açıqlayıb:

“Aparılmış araşdırmalara əsasən, aflatoksinin aşkarlanmasının səbəbləri təsərrüfatlardan fındıqların vaxtından əvvəl yığılması və nəmlik tələblərinə uyğun olmayan şəraitdə saxlanması, bəzi emal müəssisələrində məhsulların açıq hava şəraitində saxlanması, çeşidləmə zamanı müasir texnologiyaların tətbiq edilməməsi, habelə iqlim amilləri ilə bağlıdır”.

Q. Təhməzlinin sözlərinə görə, aflatoksinin miqdarı 8-15 arası olduqda çeşidləmə, 15-dən artıq olduqda bitki yağı istehsalı üçün rafinasiya edilməlidir.

Aytən Zəhra
AzVision.az



Teqlər: AQTA   Fındıq  





Xəbər lenti