"Putin-Bayden görüşündə Ukrayna müzakirə olunacaq" - Lavrov

"Putin-Bayden görüşündə Ukrayna müzakirə olunacaq" -    Lavrov
  22 Noyabr 2021    Oxunub:1263
"ABŞ Prezidenti Cozef Baydenlə Rusiyanın dövlət başçısı Vladimir Putinin mümkün görüşündə Ukrayna mövzusu da müzakirə ediləcək".
AzVision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, prezidentlərin görüşünün keçiriləcəyi tarix, digər parametrlər, o cümlədən Ukrayna mövzusu hazırda müzakirə edilir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov iki ölkə prezidentlərinin görüşünə hazırlıq getdiyini bildirib.

Pərvanə Sultanova
AzVision.az




Teqlər: ABŞ   Rusiya  





Xəbər lenti