Təhsil nazirliyindən 5,6 milyonluq tenderlə bağlı Açıqlama

Təhsil nazirliyindən 5,6 milyonluq tenderlə bağlı    Açıqlama
  22 Noyabr 2021    Oxunub:1186
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov 5,6 milyon manatlıq tenderlə bağlı açıqlama verib.
AzVision.az xəbər verir ki, Nazirliyin sektor müdiri açıqlamanın noutbukların alınması ilə bağlı dezinformasiya xarakterli şərhlərə cavab olaraq edildiyini bildirib.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən 2021-ci il ərzində ayrılmış büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin noutbuklarla təmin olunması məqsədi ilə satınalınma üzrə tender elan edilmişdir. Tender nəticəsində qalib gəlmiş “İnfinitech” MMC ilə 19 noyabr 2021-ci il tarixində 6 874 ədəd noutbukun alınması üzrə 5 604 922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb”, - deyə o qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti