Sabah İsmayıllı, Ağsu və Göyçayda qaz olmayacaq

Sabah İsmayıllı, Ağsu və Göyçayda qaz olmayacaq
  22 Noyabr 2021    Oxunub :277
Qazıməmməd-Qazax yüksək təzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər başa çatana qədər İsmayıllı rayonunun tam (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndinin, Göyçay rayonunun isə 7 kəndinin təbii qaz təchizatında fasilə yaranacaq.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin açıqlamasında bildirilir. Qurum müvəqqəti narahatlığa görə abunəçilərdən üzr istəyib.

AzVision.az

Teqlər: Qaz  







Xəbər lenti