ABŞ neftin qiymətini ucuzlaşdırmaq istəyir

   ABŞ neftin qiymətini ucuzlaşdırmaq istəyir
  22 Noyabr 2021    Oxunub:788
ABŞ prezidenti Co Bayden noyabrın 23-də enerji qiymətlərini aşağı salmaq üçün strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmaqla bağlı bəyanat verə bilər.

AzVision.az xəbər verir ki, bu barədə ““Bloomberg” məlumat yayıb. Agentliyin məlumatına görə, bəzi digər ölkələrdən də oxşar bəyanatlar gözlənilir.
Bundan əvvəl, Bayden administrasiyası Cənubi Koreya, Çin, Hindistan və Yaponiya rəhbərliyindən strateji ehtiyatlarının bir hissəsini satmaq imkanlarını araşdırmağı xahiş edib. Enerji qiymətlərinin aşağı salınması qlobal iqtisadiyyatın bərpasına kömək edə bilər.

AzVision.az


Teqlər: Neft  





Xəbər lenti