Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib

Cənubi Koreyanın keçmiş prezidenti vəfat edib
  23 Noyabr 2021    Oxunub:475
Cənubi Koreyanın sabiq prezidenti Çun Du-hvan noyabrın 23-də qan xərçəngi xəstəliyindən vəfat edib.
AzVision.az Yonhap agentliyinə istinadla xəbər verir ki, 1980-1988-ci illərdə Cənubi Koreyanın prezidenti olmuş 90 yaşlı Çun Du-hvan paytaxt Seuldakı evində dünyasını dəyişib.

Çon Du Xvan yerli vaxtla səhər saat 8:40-da (Bakı vaxtı ilə saat 3:40-da) Seuldakı evində vəfat edib. Agentlik qeyd edib ki, keçmiş prezident xroniki xəstəlikdən əziyyət çəkib.

Çon Du Xvan 1979-cu ildə hərbi çevrilişlə hakimiyyətə gəlib. O, 1988-ci ilə qədər ölkəni idarə edib.

Sonra məhkəmə tərəfindən Con Du Xvan barəsində ölüm hökmü çıxarılsa da, cəza ömürlük həbslə dəyişdirilib. Bir müddət sonra o vaxtkı prezident Kim De Çjun onu əfv edib.

AzVision.az


Teqlər:





Xəbər lenti