Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin olunub

Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin olunub
  23 Noyabr 2021    Oxunub :289
Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.
AzVision.az saytının məlumatına görə, yeni baş katib Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

Qeyd edək ki, daha öncə Elmar Babanlı bu vəzifədə çalışıb.

AzVision.az

Teqlər: Cwdo  







Xəbər lenti