Prokurorluq əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Prokurorluq əməkdaşı beynəlxalq tədbirdə iştirak edib
  23 Noyabr 2021    Oxunub :327
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair qarşıya qoyulan hədəflərə uyğun olaraq Azərbaycanın prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumta görə, belə tədbirlərdən biri - 15-17 noyabr tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində Birləşmiş Millətlər Təşkilatının yeni təsis edilən və ölkəmizin ilk üzvlərindən olduğu Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GlobE) 1-ci iclası keçirilib.

BMT-nin nümayəndələrinin, ABŞ, Böyük Britaniya, Türkiyə Respublikası, Rusiya Federasiyası və digər dövlətlərin təmsilçilərinin qatıldığı tədbirdə ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Əflatun Hüseynov təmsil edib.

Tədbirdə “Korrupsiyanın qarşısının alınması və bu istiqamətdə hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən tədbirlər”, “Rüşvətxorluğa qarşı mübarizədə əldə olunan müsbət təcrübə” və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmış və sonda Şəbəkənin Əsasnaməsi qəbul olunub. Sözügedən sənəd layihəsinin qəbulu ilə əlaqədar aparılan müzakirələrdə nümayəndəmiz çıxış edərək təkliflərini irəli sürüb.

Şəbəkənin növbəti iclasının cari ilin 13-17 dekabr tarixlərində Misirdə keçiriləcəyi qeyd olunub.

AzVision.az

Teqlər: Baş-Prokurorluq  







Xəbər lenti