Daha 6 qazi Türkiyəyə göndərildi - FOTOLAR

  Daha 6 qazi Türkiyəyə göndərildi -    FOTOLAR
  23 Noyabr 2021    Oxunub:723
Daha 6 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
1. Zöhrablı Təbriz Atamoğlan oğlu
2. Əliyev Heydər Zakir oğlu
3.Rəhimov Rəşad Surxay oğlu
4. Musayev Vadim Fikrətoviç
5. Salayev Namiq Həsən oğlu
6. Mabudlu Şaban Baloğlan oğlu

YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.



“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 150 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 108-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



“YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.






AzVision.az


Teqlər: Türkiyə   qazi  





Xəbər lenti