Bakıda avtobusla avtomobil toqquşub, ölən var

Bakıda avtobusla avtomobil toqquşub,    ölən var
  23 Noyabr 2021    Oxunub:673
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinindən AzVision.az -a verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Rahim Həbibovun idarə etdiyi “Lada Granta” markalı avtomobil və A.Əliyevin 186 saylı marşrut xətti üzrə idarə etdiyi “Daewoo” markalı avtobus toqquşub.

Qəza nəticəsində R.Həbibov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti