“Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər” - TƏBİB

   “Xəstələrin yarısı dərmanlardan düzgün istifadə etmirlər” -    TƏBİB
  23 Noyabr 2021    Oxunub:539
“Antibiotiklər bakteriyaların səbəb olduğu infeksional xəstəliklərin müalicəsi üçün ən vacib silahdır. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, dərman vasitələrinin 50 %-dən çoxu uyğun olmayan qaydada reseptdə yazılır, buraxılır və ya satılır”.
AzVision.az xəbər verir ki, bu fikirləri TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev deyib. Onun sözlərinə görə, antibiotiklərin 30-65 %-i doğru istifadə göstərişi və dozalarda istifadə edilmir: “Antibiotiklərin 50 %-i yuxarı tənəffüs yolları infeksiyalarında istifadə edilir. Bütün xəstələrin yarısı dərman vasitələrini düzgün qaydada istifadə etmirlər”.

O qeyd edib ki, antibiotiklərə davamlı bakteriyaların yaranması və yayılmasının qarşısını almaq, həkimlərə dərman vasitələrinin düzgün istifadəsi ilə bağlı təlimlər keçmək, lazımsız və ya effektiv olmayan antibiotiklərin istifadəsini aradan qaldırmaq və bahalı, yaxud lüzumsuz olaarq güclü antibiotiklərin istifadəsini məhdudlaşdırmaq həmin siyasətlərin siyahısında olmalıdır. Departament rəhbəri əlavə edib ki, hər bir xəstəxanada antibiotik komitəsi qurulmalıdır.

AzVision.az


Teqlər: Xəstə   Dərman  





Xəbər lenti