"Türkiyədə növbədənkənar seçkilər keçirilməyəcək" - Ərdoğan

 "Türkiyədə növbədənkənar seçkilər keçirilməyəcək" -    Ərdoğan
  23 Noyabr 2021    Oxunub :305
"Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilməyəcək".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının iclasında deyib.

O bildirib ki, Türkiyədə növbəti prezident seçkiləri 2023-cü ilin iyun ayında keçiriləcək.

"AK Partiya millətimizin qurduğu bir partiyadır. 2023-cü ilə qədər davam edən prosesdə 84 milyon vətəndaşımızın hər birinin qapısına gedib onların könlünü alacağıq. Biz çox çalışacağıq", - Ərdoğan deyib.

Qeyd edək ki, Türkiyədə müxalifət növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir.

AzVision.az

Teqlər: Türkiyə  







Xəbər lenti