Ermənistan sərhədə qadınları göndərir – VİDEO

// Ölkədəki kişi qıtlığı kişilik qıtlığı ilə müşayiət olunmağa başlayıb

   Ermənistan sərhədə qadınları göndərir –    VİDEO
  23 Noyabr 2021    Oxunub:3225
Ermənistanda sərhədlərin mühafizəsinə zərif cinsin nümayəndələrini cəlb etməyə başlayıblar. Bunu yayılan videolardan da görmək mümkündür.
Həmin videoların birində Alisa Melkonyan adlı qızın sərhəddə necə keşik çəkdiyi göstərilir.

Ölkədə kişi qıtlığı, 44 günlük müharibədən sonra erkək cinsin nümayəndələrinin bir qisminin qaçıb aradan çıxması qadınları əllərinə silah götürməyə vadar edib.


Ermənistanda sadə insanlar, o cümlədən, siyasətçilər və deputatlar bu kadrlardan qürur hissi keçirdiklərini deyirlər. Nə etsinlər, qürurlanmağa başqa heç nələri qalmayıb...

O da bildilir ki, qadın sərhədçilər Ermənistan-Azərbaycan sərhədinə yaxın postlarda xidmət keçəcəklər.

Tariyel
AzVision.az



Teqlər: Ermənistan   Sərhəd  





Xəbər lenti