Avropada qazın qiyməti 1060 dolları ötüb

Avropada qazın qiyməti 1060 dolları ötüb
  23 Noyabr 2021    Oxunub :269
Avropada qazın qiyməti 1000 kubmetr üçün 1060 dolları keçib.
AzVision.az xəbər verir ki, bu barədə Londonun "ICE" birjasının məlumatlarında deyilir.

Məlumata əsasən, Niderlandın TTF habında dekabr fyuçerslərinin qiyməti min kubmetr üçün 1063 dollar təşkil edib.

Bildirilir ki, bu gün Avropada qazın qiymətinin maksimal həddi 1081 dolalr olub. Qiymətdə son 1 gündə qeydə alınan ümumi artım 8,7 faiz təşkil edib.

AzVision.az

Teqlər: Qaz  







Xəbər lenti