"Nizami Gəncəvinin dəyərləri bu gün də aktualdır" - Nazir

   "Nizami Gəncəvinin dəyərləri bu gün də aktualdır" -    Nazir
  24 Noyabr 2021    Oxunub:854
Nizami Gəncəvi tək şair, mütəfəkkir deyil, onun əsərləri eyni zamanda körpü rolu oynayır. Onun bizə qoyduğu ədəbi və fəlsəfi miras böyük coğrafiyada körpü rolunu oynadı və xalqları, mədəniyyətləri yaxınlaşdıran vasitə oldu.
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışında deyib. Onun sözlərinə görə, Nizami Gəncəvinin dəyərləri bu gün də aktualdır:

"Azərbaycan Nizami Gəncəvinin vətəni olaraq xalqımız bu dəyərlərə sadiq olub. Nizami Gəncəvidən qalan dəyərlər indiki rəhbərlik və azərbaycanlılar tərəfindən davam etdirilir, inkişaf etdirilir. Ən görkəmli bəstəkarlar Nizami Gəncəvidən ilhamlanaraq əsərlərini yaradıblar. Bu sevgi bir neçə başqa təzahürdə də özünü göstərib".

Aytən Zəhra
AzVision.az



Teqlər: Nizami-Gəncəvi  





Xəbər lenti