"Gəncəvi təkcə Azərbaycanın deyil, şərqin dahi oğludur" - Putinin xüsusi nümayəndəsi

   "Gəncəvi təkcə Azərbaycanın deyil, şərqin dahi oğludur" -    Putinin xüsusi nümayəndəsi
  24 Noyabr 2021    Oxunub:761
"Nizami Gəncəvinin Rusiyanın iki mühüm şəhərində - Moskva və Sankt-Peterburqda heykəli qoyulub. O heykəlləri quraşdıranda elə də asan dövr deyildi. Lakin Nizami Gəncəvi bu şəhərlərdə adının əbədiləşdirilməsinə layiqdir. O təkcə Azərbaycanın deyil, şərqin dahi oğludur".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvidkoy Nizami Gəncəvi Beynəlxalq Forumunda çıxışında deyib. O bildirib ki, Nizami Gəncəvi öz əsərləri ilə müxtəlif xalqlar və dinlər arasında körpü rolunu oynayıb:

"Dahi şair dünyaya önəmli məfhumlar təqdim edib. Bu gün Nizami Gəncəvinin 880-ci ilini qeyd edirik. Rusiyada Nizami Gəncəvinin əsərlərinə xüsusi diqqət yetiririk. Azərbaycanla bağlı sərgilər keçirilir".

Aytən Zəhra
AzVision.az



Teqlər: Rusiya   Nizami-Gəncəvi  





Xəbər lenti