Qusarda qumbara və xeyli sursat aşkarlanıb

Qusarda qumbara və xeyli sursat aşkarlanıb
  24 Noyabr 2021    Oxunub:673
Qusar rayonu ərazisindən kolluq sahədə xeyli sayda sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AzVision.az -a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə rayonun Qayakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən polis əməkdaşkarı kəndin kənarındakı kolluq ərazidən 1 ədəd alışdırıcısız F-1 əl qumbarası, 1 ədəd qını ilə birlikdə süngü bıçaq və 714 ədəd müxtəlif çaplı güllələr aşkar edərək götürüblər. Faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılır.

AzVision.az



Teqlər: DİN  





Xəbər lenti