Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı

   Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı
  24 Noyabr 2021    Oxunub:751
"Magistraturaya sənəd qəbulu yəqin ki yanvar ayından başlayacaq".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bütün imtahan cədvəlləri Operativ Qərargahla razılaşdırıldıqdan sonra sənəd qəbuluna başlanacaq: "Cədvəli hazırlamışıq. Təsdiqlənəndən sonra sənəd qəbuluna başlayacağıq. Qaydalara əsasən, magistraturaya qəbul bir mərhələdə həyata keçirilir. Ötən il bakalavrlara iki cəhd imkanı verdik. Qapanmalar olmasa, bu il də belə bir imkan yaratmağa çalışacağıq".

AzVision.az


Teqlər: DİM  





Xəbər lenti