"Mənə Allahverdinin məzarını ziyarət etməyə icazə vermədilər" - Milli Qəhrəmanın xanımı

 "Mənə Allahverdinin məzarını ziyarət etməyə icazə vermədilər" -  Milli Qəhrəmanın xanımı
  24 Noyabr 2021    Oxunub:699
"Ağdam işğaldan azad edildikdən sonra qızları atalarının məzarını ziyarət etsə də, mən hələ də yoldaşımın məzarını ziyarət edə bilməmişəm".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Allahverdi Bağırovun xanımı Validə Bağırova deyib. Şəhid xanımı bildirib ki, illərdir ki, yoldaşının məzarını görmək həsrətilə yaşayır:

- Qızlarım gedib ziyarət etdilər, mənə icazə verilmədi deyə gedə bilmədim, yoldan qayıtdım. Bacıları da məzarına baş çəkiblər. Çox istəyərdim ki, gedim. Daha bir istəyim isə Allahverdinin əməyinin, zəhmətinin unudulmaması ilə bağlıdır. Bəzən televiziya reportajlarında Ağdam, əsirlikdən azad edilən xocalılar haqqında danışırlar, amma Allahverdinin adı çəkilmir.
Ağdamın işğaldan azad edilməsinin ildönümü ilə bağlı televiziya reportajında molla deyir, "mən buradan nə qədər meyit yola salmışam". Amma bir dəfə yoldaşımın adı çəkilmir. Halbuki, Allahverdi Xocalı əsirlərini xilas etməklə yanaşı, meyitlərin kəfənlənməsində də iştirak edib. Parça da tapılmırdı. Yazıq onu zülümlə tapırdı. Belə səhnələri görəndə çox məyus oldum. Hərə özünü qəhrəman edir. Bircə dənə adının çəkilməsi bizə böyük təsəllidir.







Şahanə Rəhimli
AzVision.az


Teqlər: Qəhrəman   Şəhid   AllahverdiBağırov  





Xəbər lenti