BDU-da imtahanlar necə keçiriləcək? - Açıqlama

   BDU-da imtahanlar necə keçiriləcək? -    Açıqlama
  24 Noyabr 2021    Oxunub :219
"Bakı Dövlət Universitetində (BDU) imtahan sessiyasının necə təşkil olunacağı epidemik vəziyyətdən asılı olacaq".
AzVision.az xəbər verir ki, bunu BDU-nun rektoru Elçin Babayev deyib. O, burada müxtəlif yanaşmaların ola biləcəyini vurğulayıb:

"Artıq əyani şəkildə dərslərə başladığımız üçün yanaşma müxtəlif ola bilər. Məsələn, mərhələli şəkildə imtahanlar keçirilə bilər, yaxud əvvəl uğurla təqdim etdiyimiz üsullardan istifadə edə bilərik. Eyni zamanda qarışıq variant da ola bilər. Biz əslində bir neçə variant hazırlamışıq. Sadəcə situasiyadan asılı olaraq birini tətbiq edəcəyik".

Aytən Zəhra
AzVision.az

Teqlər: BDU  







Xəbər lenti