“WhatsApp”da “spam” mesajlarla bağlı əhaliyə xəbərdarlıq
“Həmin şəxs vətəndaşların müxtəlif vakansiyalar üzrə müraciətlərinin müsbət dəyərləndirildiyini iddia edir və bunun təsdiqi üçün onlardan 58 manat ödəniş etməsini tələb edir. Bildiririk ki, Səhiyyə Nazirliyində bu adda şöbə fəaliyyət göstərmir və göndərilən mesajlar həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş olunur ki, tanımadığı şəxslərdən gələn bu cür mesajlara inanmasınlar və heç bir halda ödəniş etməsinlər. Eyni zamanda, bildiririk ki, artıq aidiyyəti qurumlar bu mesajlarla bağlı məlumatlandırılıb”.
AzVision.az
Teqlər: WhatsApp