Vətən Müharibəsinin hərbi həkimi vəfat etdi

   Vətən Müharibəsinin hərbi həkimi vəfat etdi
  24 Noyabr 2021    Oxunub:856
Tanınmış həkim, uzman neyrocərrah Azər Əkbərov vəfat edib.
AzVision.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə paylaşım edib.

42 yaşlı Azər Əkbərov onkoloji xəstəlikdən əziyyət çəkirmiş.

44 günlük Vətən Müharibəsində hərbi həkim kimi fəaliyyət göstərən Azər Əkbərov Respublika Diaqnostika Mərkəzində həkim-neyrocərrah vəzifəsində çalışıb

Azər Əkbərov Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında Cərrahiyyə ixtisası üzrə ilkin ixtisaslaşma kursu keçib. Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında uzmanlıq təhsilini başa vurub. O həmin akademiyanı birinciliklə bitirib.

Allah rəhmət eləsin.

AzVision.az


Teqlər: Həkim  





Xəbər lenti