İmişlidə zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb

   İmişlidə zorlanan 11 yaşlı qızın son durumu açıqlanıb
  24 Noyabr 2021    Oxunub:813
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişlidə atalığı tərəfindən zorlanan 11 yaşlı qızın son durumunu açıqlayıb.
AzVision.az xəbər verir ki, Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib ki, həmin qız davamlı şəkildə həm fiziki, həm də mənəvi travmalara məruz qalıb.

O qeyd edib ki, həmin travmalar onun psixoloji durumunda ciddi izlər buraxıb: "Hazırda Dövlət Komitəsinin və aidiyyəti qurumların dəstəyi ilə onun müalicəsi davam edir. Qız və ailəsi fərdi terapiyadan qrup terapiyasına keçiblər. Vəziyyətlərində müəyyən qədər yaxşılaşma hiss olunur. Onların yenə də psixoloji yardıma ehtiyacı var".

Komitə sədri vurğulayıb ki, vəziyyət nəzərə alınaraq, qız həftədə 3 dəfə müəssisə daxilində təhsilə cəlb olunub: "Terapiya başa çatdıqdan sonraki durum bizə hansı addımların atılmalı olduğunu göstərəcək. Bundan sonra istəsə öz ailəsinə və ya oxuduğu məktəbə qayıda bilər. Məqsədəuyğun olmasa digər məktəbdə təhsili davam etdirəcək. Ailənin bugünə qədər olduğu mühitdən tamam ayrı mühitdə yaşamasına çalışacağıq".

AzVision.az


Teqlər: İmişli   təcavüz  





Xəbər lenti