"11 min təsadüfü arxeoloji tapıntılar aşkarlanıb" - BP-nin vitse-prezidenti

   "11 min təsadüfü arxeoloji tapıntılar aşkarlanıb" -     BP-nin vitse-prezidenti
  24 Noyabr 2021    Oxunub:572
"İstənilən beynəlxalq layihənin həyata keçirilməsində bəlli standartlar var. Bu standartlardan biri də Mədəni irsin və təsadüfü arxeoloji tapıntıların qorunması ilə bağlıdır".
AzVision.az xəbər verir ki, bunu BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib. Onun sözlərinə görə, ölkə ərazisinin tapıntılarla zəngin olmasını nəzərə alaraq tikinti işləri zamanı xüsusi prosedurlar aparılır.

"Azərbaycanda tək dənizdə deyil, quruda da fəaliyyətimiz olub. Məsələn, inşaat zamanı hər hansı tapıntı tapılarsa, işlər dayandırılır, 7 gün ərzində Mədəniyyət Nazirliyinə məlumat verilir.

Cənubi Qafqaz boru kəmərinin inşası zamanı təkcə Azərbaycan ərazisində 23 min tarixi tapıntı aşkar olunub və dövlətə təhvil verilib. Son dövrlər "Şahdəniz -2" layihəsi çərçivəsində 11 min təsadüfü arxeoloji tapıntılar aşkarlanıb.

Aytən Zəhra
AzVision.az











Teqlər:





Xəbər lenti