Şuşada iki kilsə bərpa ediləcək

   Şuşada iki kilsə bərpa ediləcək
  24 Noyabr 2021    Oxunub:1673
"Biz Qarabağa yenidən yaratmaq, dirçəltmək, çiçəklənməni təmin etmək üçün qayıdırıq. Bunu sözdə yox, əməldə göstəririk".
AzVision.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Şuşada tarixi mədəni abidələr, məscidlər və kilsələr bərpa edilir:

"Bununla dünyaya bəyan edirik ki, Azərbaycan xalqı abidələri dağıtmır, əksinə etnik mənsubiyyətindən asılı olmayaraq orada bərpa işləri aparılır. Şuşada iki kilsə məscidlərlə bərabər bərpa ediləcək".

A.Kərimov qeyd edib ki, Azərbaycan işğaldan azad edilən ərazilərə sülhlə qayıdır: "Orada davamlı sülh olsun ki, davamlı inkişafı təmin edək, icmalararası əlaqə bərpa edilsin. Bunu o xalq edir ki, bütün bəlalara baxmayaraq, yenidən mədəniyyətlərin dirçəlməsindən danışır".

Aytən Zəhra
AzVision.az



Teqlər: Şuşa  





Xəbər lenti