Putin Vuçiçlə görüşəcək, gündəm qazın qiymətidir

Putin Vuçiçlə görüşəcək,    gündəm qazın qiymətidir
  24 Noyabr 2021    Oxunub:749
Rusiya və Serbiya prezidentləri Vladimir Putin və Aleksandr Vuçiç arasında danışıqlar noyabrın 25-də Soçidə baş tutacaq.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, prezidentlər beynəlxalq gündəliyi, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı, eləcə də Serbiya üçün tədarük edilən Rusiya qazının qiymətini müzakirə edəcək.

“Qaz məsələsinə gəlincə, bəli, biz dəfələrlə cənab Vuçiçin bu məsələnin qaldırılacağı ilə bağlı açıqlamalarını eşitmişik və ehtimal etmək olar ki, təbii ki, bu da müzakirə olunacaq və gündəmdə olacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Serbiya   Rusiya  





Xəbər lenti