MAQATE rəhbəri İranla danışıqları səmərəsiz adlandırıb

MAQATE rəhbəri İranla danışıqları səmərəsiz adlandırıb
  24 Noyabr 2021    Oxunub :276
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranla aparılan danışıqların konkret nəticələrə gətirib çıxarmadığını bildirib.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“2021-ci il noyabrın 23-də Tehranda İranın vitse-prezidenti Məhəmməd Eslami və xarici işlər naziri Hüseyn Əmir Abdullahyan ilə görüşlər keçirdim. Mənim bütün səylərimə baxmayaraq, iki hesabatda açıqlanan İranın təhlükəsizlik təminatı probleminin həlli ilə bağlı genişmiqyaslı danışıqlar və müzakirələr nəticəsiz qaldı”-deyə, MAQATE rəhbəri bildirib.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: MAQATE  







Xəbər lenti