Lirə ucuzlaşsa da vətəndaşlar Ərdoğanı dəstəklədilər

 Lirə ucuzlaşsa da vətəndaşlar Ərdoğanı dəstəklədilər
  24 Noyabr 2021    Oxunub:1015
Türkiyə vətəndaşları lirənin ucuzlaşmasına baxmayaraq, sosial şəbəkələrdə prezident Rəcəb Tayyib Ərdoğan hökumətinə dəstəklərini bildiriblər.

AzVision.az xəbər verir ki, bu barədə “TASS”ın apardığı müşahidələr göstərir.
“DevletiminYanindayim” həştəqi son 24 saat ərzində “Twitter”də aktiv şəkildə paylaşılır. 12 saatdan az müddətdə 900 minə yaxın istifadəçi sosial şəbəkədə bu heşteqlə yazı dərc edib.

Bu arada “Twitter”də respublikada iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı çağırışdan istifadə edənlər də var. Belə istifadəçilər “Sokaga” ("Küçədə") heşteqindən istifadə edirlər. Bununla belə, bu cür istifadəçilər hökuməti dəstəkləyənlərdən üç dəfə az - 294 min nəfərdir.

İlin əvvəlindən Türkiyə valyutası 70% devalvasiyaya uğrayıb ki, bu da son illərdə milli valyutanın dəyərində ən böyük enişlərdən biri olub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ərdoğan   Lira  





Xəbər lenti