“Xarıbülbül” İgidlərimizin yadigarları” adlı layihə həyata keçirilib

“Xarıbülbül” İgidlərimizin yadigarları” adlı layihə həyata keçirilib
  24 Noyabr 2021    Oxunub:455
Biləsuvarda 22-23 noyabr tarixlərində “Xarıbülbül” İgidlərimizin yadigarları” adlı layihə həyata keçirilib.
AzVision.az xəbər verir ki, layihə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən və Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılıb. Layihəyə Biləsuvar və Cəlilabad rayonundan olan şəhid və qazi övladları cəlb ediliblər.

Dövlət Himninin səslənməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edən “Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri, layihə rəhbəri Həzrət Bədiyev bildirib ki, layihənin məqsədi post-müharibə dövründə şəhid və qazi övladlarının diqqətdə saxlanılması, uşaqların əyləncəli və səmərəli vaxt keçirilməsinə dəstək vermək və vətənpərvərliyin təbliğ olunmasından ibarətdir.
Çıxış edən Biləsuvar rayon İcra Hakimiyyətinin təhsil və humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova bu cür layihələrin önəmindən söz açaraq qeyd edib ki, şəhid və qazi övladlarının cəmiyyətdə həssaslıqla qarşılanması və diqqətdə saxlanılması önəmli məsələdir: “Biz çalışmalıyıq ki, onlar daha çox diqqət və qayğıyla əhatə olunsun və öz atalarının yoxluğunu hiss etməsinlər”.
Layihənin proqram rəhbəri Nuranə Şıxəliyeva iştirakçılara ətraflı məlumat verib. Tədbirdə eyni zamanda şəhid anaları və qazilərimiz də çıxışlar ediblər.
Rəsmi çıxışlardan sonra tədbirin bədii hissəsi baş tutub. Öncə bu il Şuşa şəhərində- Cıdır düzündə cənab Prezident İlham Əliyevin də iştirak etdiyi “Xarıbülbül” festivalına dair video-rolik təqdim olunub.
Ardınca iştirakçılar şeir və musiqi parçaları səsləndiriblər. Daha sonra tədbir rəsm müsabiqəsiylə davam edib, səhnəyə nağıl qəhrəmanları və “Şən klounlar” dəvət olunub. Uşaqlar musiqi sədaları altında rəqs edərək müxtəlif növ əyləncəli oyunlarda, intellektual yarışlarda iştirak ediblər. Qaliblər layihə rəhbəri tərəfindən hədiyyələr və medallarla mükafatlandırılıblar.













AzVision.az



Teqlər: Xarıbülbül   Layihə  





Xəbər lenti