"Qarabağda kiçik biznes layihələri həyata keçiriləcək" - Nazir müavini

"Qarabağda kiçik biznes layihələri həyata keçiriləcək" -    Nazir müavini
  24 Noyabr 2021    Oxunub:856
"İşğaldan azad edilən ərazilərin bərpa quruculuq işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin xüsusi yeri olacaq. Həmin ərazilərdə mütləq şəkildə sosial infrastruktur olmalıdır".
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib. O bildirib ki, işğaldan azad edilən ərazilərdə sosial infrastrukturun qurulması, peşə hazırlığı mərkəzlərinin yaradılması ilk növdə təmin ediləcək:

"DOST filialları şəbəkələrinin Qarabağda yaradılması ümdə məsələlərdəndir. Bu istiqamətdə işlərə başlanılıb. Həmin ərazilərdə məşğulluğun təmin edilməsi, kiçik bizneslərin yaradılması üçün layihələr həyata keçiriləcək".

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti