"Dedim ki, qaçqın etdiyiniz şəxs sizi erməni kilsəsinə aparır"

   "Dedim ki, qaçqın etdiyiniz şəxs sizi erməni kilsəsinə aparır"
  24 Noyabr 2021    Oxunub:1256
"Mən Laçın rayonunun Zabux kəndindənəm. Həmin kənd erməni işğalı dövründə tamamilə dağıdılmışdı və erməni diasporası hesabına orada yeni qəsəbə salınmışdı. Taleyin qismətinə baxın ki, 2010-cu ildə Erməni Qriqorian Kilsəsinin rəhbəri II Qaregin Bakıya səfərə gələndə onu erməni kilsəsinə aparan mən olmuşam".
AzVision.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

"Orada özünə dedim ki, qaçqın olmağa məcbur etdiyiniz şəxs sizi erməni kilsəsinə aparır.

Təsəvvür edin ki, ona burada erməni dini ədəbiyyatının saxlanıldığını və bərpa edildiyini deyəndə o buna şübhə ilə yanaşdı. Bir neçə addım atıb kitablara baxdı və gülümsədi.
Biz işğaldan azad edilmiş əbədi və əzəli torpaqlarımızda dini mədəniyyəti qaytarıb bərpa edəcəyik".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti