BƏƏ Türkiyə üçün 10 milyard dollar ayırdı

   BƏƏ Türkiyə üçün 10 milyard dollar ayırdı
  24 Noyabr 2021    Oxunub:1167
Birləşmiş Ərəb Əmirliyi Türkiyə iqtisadiyyatına investisiya yatırmaq üçün 10 milyard dollar ayırıb.
AzVision.az xəbər verir ki, bu barədə BƏƏ-nin Dövlət İnvestisiya Fondu idarə heyətinin rəhbəri Mohammed Hassan Al Suveydi açıqlama verib.

"Biz Türkiyəyə sərmayə qoymaq üçün 10 milyard dollarlıq fond ayırdıq",-Suveydi deyib.

Qeyd edək ki, bir neçə gündür Türkiyə iqtisadiyyatında çətinliklər müşahidə edilir. Buna səbəb kimi türk lirəsinin dəyərdən düşməsi göstərilir. İlin əvvəlindən Türkiyə valyutası 70% devalvasiyaya uğrayıb ki, bu da son illərdə milli valyutanın dəyərində ən böyük enişlərdən biri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər: BƏƏ   Türkiyə   İnvestisiya  





Xəbər lenti