Türkiyənin Milli Təhlükəsizlik Şurasında Qarabağ müzakirə ediləcək

   Türkiyənin Milli Təhlükəsizlik Şurasında Qarabağ müzakirə ediləcək
  25 Noyabr 2021    Oxunub:832
Bu gün Türkiyənin Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
AzVision.az “TRT Haber”ə istinadən xəbər verir ki, iclas Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Beştəpədə baş tutacaq.
Məlumata görə, toplantıda ölkə daxilində və xaricdə terrorla mübarizə əməliyyatları, regional məsələlər diqqətdə olacaq.

Eyni zamanda Aralıq dənizi, Əfqanıstan, Suriya və Qarabağdakı son vəziyyət müzakirə ediləcək.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Türkiyə   Qarabağ  





Xəbər lenti