Sabah yağış, qar yağacaq
Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
AzVision.az
Teqlər: Hava