Rusiyada şaxtadakı yanğında 11 nəfər ölüb

   Rusiyada şaxtadakı yanğında 11 nəfər ölüb
  25 Noyabr 2021    Oxunub:683
Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Kemerovo vilayətinin qubernatoru Sergey Sivilyev deyib.

"Daha bir nəfərin öldüyü məlum olub. Qurbanların sayı 11 nəfərə çatıb”, - o bildirib.

Xatırladaq ki, bu gün səhər saatlarında “Listvyajnaya” şaxtasında tüstülənmə baş verib. Fövqəladə Hallar Nazirliyi hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onların çoxunun evakuasiya edildiyi barədə açıqlama yayıb.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Rusiya   Yanğın  





Xəbər lenti