"Diqqət Ermənistanla Azərbaycan arasında əlaqələrin bərpasına yönəlib" - XİN

   "Diqqət Ermənistanla Azərbaycan arasında əlaqələrin bərpasına yönəlib" -    XİN
  25 Noyabr 2021    Oxunub:700
"Rusiya tərəfinin əsas diqqəti Ermənistanla Azərbaycan arasında ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafına yönəlib".
AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Biz regionda sabitliyin möhkəmləndirilməsi, dinc həyatın qurulması üçün bütün mümkün addımları atırıq. İndi əsas diqqət ticari-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına yönəldilib", - Zaxarova əlavə edib.

Pərvanə Sultanova
AzVision.az



Teqlər: Mariya-Zaxarova  





Xəbər lenti