Masallı Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad edilib

   Masallı Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad edilib
  25 Noyabr 2021    Oxunub:1246
Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizov işdən azad edilib.
AzVision.az xəbər verir ki, o, Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edirdi.

Qeyd edək ki, Rasim Əzizov 2003-cü ildən bu ilin fevral ayına kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri vəzifəsində çalışıb. Bu ilin fevral ayında korrupsiya cinayətinə görə həbs edilən Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərovu müvəqqəti əvəz edib.

Faktı Masallı Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.

Xatırladaq ki, R.Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Daxili İşlər Nazirliyi görüntüləri araşdırır.

AzVision.az



Teqlər: Masallı   Baş-həkim  





Xəbər lenti