“Qarabağ” - “Omoniya” matçı heç-heçə bitib - YENİLƏNİB

 “Qarabağ” - “Omoniya” matçı heç-heçə bitib -  YENİLƏNİB
  25 Noyabr 2021    Oxunub :760
Bu gün UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasıni qəbul edib.
AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsindən hesabı açıb. Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib.

Qarşılaşmanın 49-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Oyunun 88-ci dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade fərqlənsə də qonaq komanda 90-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Beləliklə, "Qarabağ" - "Omoniya" matçında qalib müəyyənləşməyib - 2:2.

Oyunu danimarkalı FIFA referisi Morten Krox idarə edib.

Qrupun digər matçında isə İsveçrənin "Bazel" klubu səfərdə "Kayrat"ı 3:2 hesabı ilə məğlub edib.

Hazırda "Bazel" klubu 11 xalla birinci pillədə qərarlaşıb. Onunla eyni xala malik olan "Qarabağ" ikincidir. 3 xalı olan "Omoniya" üçüncü, 1 xalı olan "Kayrat" isə qrupda sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

***
Noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasıni qəbul edir.

AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsindən hesabı açıb. Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib.

Qarşılaşmanın 49-cu dəqiqəsində "Omoniya"nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib.

Oyunu danimarkalı FIFA referisi Morten Krox idarə edir.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

***
Noyabrın 25-də UEFA Konfrans Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasını qəbul edib.

AzVision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşü danimarkalı FIFA referisi Morten Krox idarə edir.

Ağdam təmsilçisinin heyətində Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Kevin Medina, Maksim Medvedev, Abbas Hüseynov, Patrik Andrade, Qara Qarayev, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borqes və İbrahim Vadji meydana çıxıblar.

“Omoniya” klubunun ilk onbirliyində isə Fransis Uzoho, Paris Psaltis, Kiko, Erik Boteak, Mixal Dyuriş, Takis Zaxariu, Adam Lanq, Nikolas Panayotu, Haralambos Haralambus, Andronikos Kakulli və Andreas Asimenos yer alıblar.

Qrupun digər matçında İsveçrənin "Bazel" klubu səfərdə "Kayrat"ı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

AzVision.az

Teqlər: Qarabağ  







Xəbər lenti