16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu

   16 noyabrda döyüşlərdən qaçan erməni komandir tutuldu
  26 Noyabr 2021    Oxunub:622
Noyabrın 16-da Azərbaycanla sərhəddə təxribat törədən Ermənistanın ordusunun zabiti - batalyon komandiri, mayor Q.Q həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan bildirib.

Qeyd edilir ki, istintaq zamanı mayor rütbəli zabitin 7 hərbçi ilə döyüş mövqeyindən qaçdığı müəyyənləşib.

Zabitə qarşı Cinayət Məcəlləsinin “Döyüş vəzifəsinin və ya hərbi xidmətin icrası qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda” maddəsi üzrə cinayət işi açılıb. Məlumata görə, zabitlə yanaşı, daha bir neçə hərbi qulluqçu həbs olunub.

AzVision.az


Teqlər: Erməni   Zabit  





Xəbər lenti