Baş nazir rusiyalı həmkarına başsağlığı verib

   Baş nazir rusiyalı həmkarına başsağlığı verib
  26 Noyabr 2021    Oxunub:792
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə AzVision.az - a Nazirlər Kabinetindən məlumat verilib.

Baş nazir Kemerovo vilayətində “Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

AzVision.az


Teqlər: Başnazir  





Xəbər lenti