Gəncədə parkdan oturacaq oğurlanıb

Gəncədə parkdan oturacaq oğurlanıb
  26 Noyabr 2021    Oxunub :318
Gəncənin Gülüstan qəsəbəsi ərazisində yerləşən parkdan 400 manat dəyərində 1 ədəd oturacaq oğurlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Gülüstan qəsəbəsi ərazisində yerləşən parkdan 400 manat dəyərində 1 ədəd oturacaq oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri N.Mustafayev və X.Əliyev saxlanılıblar.

AzVision.az

Teqlər: DİN  







Xəbər lenti