"Sosial tələbə krediti alanlara bal məhdudiyyəti yoxdur" - Nazir müavini

   "Sosial tələbə krediti alanlara bal məhdudiyyəti yoxdur" -    Nazir müavini
  26 Noyabr 2021    Oxunub:590
"I kurs tələbələrinə kreditin ayrılması üçün qoyulan minumal bal göstəricisi standart təhsil kredit hüququ olan şəxslərə aiddir".
AzVision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib. O bildirib ki, sosial təhsil tələbə kredit hüquqi olan tələbələrə münasibətdə hər hansı bal tələb olunmur:

“I kurs tələblərinin 15 mindən artığının təhsil krediti üçün müraciət edəcəyini gözlənilir. 3800-4000 arasında tələbənin sosial təhsil tələbə krediti almaq hüquqi olacaq. Onların hər biri müraciət edib krediti ala bilər. Yetəri ki, statusu təsdiqlənsin. Onlar üçün bal məhdudiyyəti yoxdur. Tələbələrin qeydiyyatı aparılıb və ailələrinin sosial statusu yoxlanılıb. Standart təhsil tələbə krediti ala biləcək şəxslərin də sayını müəyyən etmişik və buna əsasən bal göstəricisi qeyd etmişdik”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil   kredit  





Xəbər lenti