Standart kredit üzrə tələbələr nə qədər qaytaracaq?- Nümunələr

 Standart kredit üzrə tələbələr nə qədər qaytaracaq?-  Nümunələr
  26 Noyabr 2021    Oxunub :275
"Təhsil tələbə kreditləri üçün müəyyən edilən faizlər yüksək deyil. Tələbə krediti qaytaran zaman ikiqat ödəniş etməyəcək".
AzVision.azxəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev deyib.

“Tələbə bakalavr səviyyəsində ödənişli təhsil alır. O, 4 il ərzində hər semstrdə kredit götürür. Bakalavr səviyyəsində orta təhsil haqqı 2250 manatdır. O, standart kredit götürdükdə 20 faiz ödəniş etməklə 6688 manat kredit götürmüş olur. 10 illik müddətdə geri qaytarılacaq məbləğ 9176 manat edir ki, bunun da 2288 manat kredit faizi edir.

Magistraturada orta təhsil haqqı 2430 manat civarındadır. Kreditin ümumi məbləği 3887 manat edir və 10 il ərzində 5187 vəsait qaytarmalıdır ki, onun da 1291 manatı faiz edəcək. Hər ay 43,1 manat vəsait ödəyəcik.

Subbakalavrların orta təhsil haqqısı 750-900 manat edir. 20 faiz ilkin ödənişl etməklə 1820 manat kredit götürəcək. Kreditin qaytarılması müddətində 2424,70 manat ödəməlidir ki, bunun 606 manatı faiz edəcək.

Sosial tələbə kreditlərində bu məbləğ olduqca azdır. Əgər tələbənin orta müvəffəqiyyət göstəricisi 91 baldan yuxarı olarsa, ona əsas kreditin və faizinin 50 faizi bağılanacaq”.

Aytən Zəhra
AzVision.az

Teqlər: Kredit  







Xəbər lenti